Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən
26 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanan ilk Konstitusiyası 1995 – ci il noyabırın 12 keçirilmiş ümumxalq səs
verməsi yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995 – ci il noyabırın 27 də
qüvvəyə minib. 1995 – ci ildə qəbul
olunmuş Konstitusiya Müstəqil Azərbaycanın ilk imumilikdə ölkəmizin tarixində 4
–cü Konstitusiyadır. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xausdan Azərbaycanın parçalanma təhlükəsindən xilas etmək
üçün xalqın hakimiyyətə dəvət etdiyi Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə,
cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızın inkişaf yoluna
çıxarmaqla yanaşı, qanunların, aliliyini təmin edən hiquqi, dünyəvi dövlət
quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlamasına və qəbuluna şərait
yaratdı. 1995 – ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya
Komissiyası formalaşdırdı. Konstitusiyanın hazırladığı bitkin əhatəli
Konstitusiya lahiyəsi 1995 – ci ilin oktyabrında ümumi müzakirəsinə verildi.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995 – ci ilin noyabrın
12 –də ümumxalq səs verməsinə çıxarıldı və qəbul edildi. Konstitusiyanın qəbulu
müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı Ulu Öndər
Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən
biridir. Müstəqil Azərbaycan Respublikasının ölkəmizdə demokratik, hüquqi, dünyəvi,
dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan
verdi. Ötən 26 ildə ölkəmizi sürətlə inkişafı nəticəsində yeni dövrün tələblərini
yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasını bir neçə dəfə əhəmiyyətli
dəyişikliklər və əlavələr edilib. Azərbaycan Respublikasının cənab İlham
Əliyevin təşəbbüsü ilə 2016 – cı il sentyabrın 26 da keçirilmiş referendiumla
Konstitusiyaya 3 – cü dəfə əlavələr və dəyişikliklər edilib. Beləliklə, Azərbaycan
Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas
Qanunumuz daha da təkminləşdirərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Ülviyyə Haqverdiyeva,
Xocalı rayon Xankəndi şəhəri N.Şahmuradov
adına 6№li Kərkicahan qəsəbə tam orta məktəbin müəllimi